Deputat oğlunun həbs müddəti uzadıldı

Siyasət 05-dek, 21:479 xebertv 52 0
Deputat oğlunun həbs müddəti uzadıldı

Deputat İqbal Məmmədova məxsus olduğu bildirilən “Relax” ticarət mərkəzində Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının döyülməsinə görə həbs edilən şəxslərin, o cümlədən İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlının həbs qətimkan tədbirinin müddəti uzadılıb.

tv713.az-nun “qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, prokurorluğun bu barədə verdiyi təqdimata dekabrın 4-də Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə baxılıb və təqdimat təmin edilib.

Bu iş üzrə təqsirləndirilən şəxslər – İ. Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı, bacısı oğlu Pərviz Əsgərov, Mirhəmid Nərimanlı, Famil İmanov, Rahim Şahverdiyev və Amir Abbasovun həbsdə qalma müddəti 2020-ci il martın 15-dək uzadılıb.

Qeyd edək ki, adıçəkilən şəxslər vergi yoxlaması üçün gələn vəzifəli şəxsləri və sonradan əraziyə cəlb olunan polis əməkdaşlarını döyməkdə ittiham edilirlər.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr