“Evdə münaqişəsi olur, deyir, gedim maşın sürüm, fikrim dağılsın”

Ölkə 16-dek, 20:219 xebertv 273 0
“Evdə münaqişəsi olur, deyir, gedim maşın sürüm, fikrim dağılsın”

"Piyada vurulmalarının 97-98 faizində özləri günahkardır”.

tv713.az-nun"qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Azərbaycan Radiosunun "Təhlükəsiz yol" proqramında deyib. O bildirib ki, yol polislərinin sayına görə ölkənin hər yerindəki yollardan məlumat ala bilməzlər:

"Biz respublikanın hər yerində post patrul xidməti qura bilmərik. Buna görə də bu problemləri vətəndaşların köməyi ilə həll etməliyik. Hər hansı piyada yol hərəkəti qaydasını pozubsa, sürücü onu vurubsa, bu o demək deyil ki, biz sürücüyə heç nə etməməliyik. Belə olarsa, cəzasızlıq mühiti yaranar, nə qədər belə hadisələr olar. Buna istintaq zamanı ekspertlər qiymət verir. Amma biz piyadaları maarifləndirməliyik ki, onlar yollardan keçərkən diqqəlti olsunlar. Piyada vurulması ümumi hadisələrin 65-70 faizini təşkil edir. Piyada vurulmalarının 97-98 faizində piyadalar günahkardır. Piyadalar bəzən piyada keçidinin altında vurulur. Yol hərəkətinin təhlükəsizliyi təkcə yaxşı sürücü və yaxşı piyadadan asılı deyil. Lazımı qədər şərait yaradılmalıdır, yeni piyada keçidləri salınmalıdır. Xarici ölkələrdə qəzalarla bizim ölkəmizdə baş verən qəzaların sayı eynidir, amma onlara ölüm sayı bizdən dəfələrlə azdır. Çünki orada avtomobillərin özlərinin təhlükəsizlik sistemi daha üstündür. Biz də çalışmalıyıq ki, qəzaların ağırlıq dərəcəsini azaldaq”.

R.Zeynalov qeyd edib ki, artıq yollarda o qədər avtomobillər var ki, nəqliyyat vasitələri arasında məsafə demək olar ki, yoxdur:

"Bəzi sürücülər sükan arxasında mesaj yazır, telefonla danışır, hətta problemlərini sükan arxasında yada salırlar. Bəzilərinin evdə münaqişəsi olur, fikirləşir ki, gedim bir az maşın sürüm fikrim dağılsın. Bunlar olmaz. Sükan arxasında oturan insan vəzifə başında olduğunu bilməlidir. Sürücülük həm də peşədir. Dünən axşam 70 yaşlı taksi sürücüsü tuneldə sükan arxasında həyatını itirdi, bu hadisə maşın yüksək sürətlə hərəkət edərkən baş versəydi, görün nələr olardı. İnsanlar sükan arxasında öz durumuna, sağlamlığına diqqət yetirməlidirlər.

Bizdə ilkin sürücülük vəsiqəsi alanda, bir də 60 yaşında sürücülüyə namizədlər tibbi müayinədən keçiririr. Bu, olduqca azdır. Bu nüanslarla bağlı qanunvericiliyə dəyişikliklər təklif edəcəyik”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr