"Bir halda ki, prezident nöqsanların ortadan qaldırılması üçün mətbuata müraciət edir, biz də..."

Aktual / Manset 24-dek, 19:189 xebertv 52 0
"Bir halda ki, prezident nöqsanların ortadan qaldırılması üçün mətbuata müraciət edir, biz də..."






















Cahangir Məmmədli: “Mətbuatımız ölkə başçısının çağırışına həssaslıqla yanaşmalıdır”

Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli 2019-cu ildə elektron medianın inkişafında xüsusilə böyük irəliləyişlərin müşahidə edildiyini vurğuladı:

“KİV ilə bağlı “yeni media” adlı bir termin işlədirik. “Yeni media” bu istiqamətdə xeyli iş gördü. Bir qədər qəzetlərimizlə bağlı narahatlıq yarandı. Qəzetlərin ortadan qalxma ehtimalı aktuallaşdı. Hansı ki, artıq mən də buna inanmağa başlamışam. Amma saytlarımız artdı. Çox maraqlı saytlar meydana gəldi. Bu saytlar sözün həqiqətini ortaya qoydu.

Mən ölkə başçısının jurnalistlərlə görüşünə baxdım. Prezidentin onların sualına verdiyi cavabda Azərbaycanın bütövlükdə inkişaf prosesini, dünənini, bu gününü, sabahını gördüm. Həm də ölkə başçısının mətbuata, jurnalistikaya verdiyi qiyməti gördüm. Ölkə başçsı vurğualdı ki, mən informasiyanı mətbuatdan alıram. Bəs həmişəmi KİV informasiyanı düz verir? Necə ki, prezident deyir ki, məmurlar bəzən öz günah və nöqsanlarını ört-basdır etməyə çalışırlar, ya da görmürlər, eləcə də bizim mətbuat bəzən nöqsanları deməyə elə bil ehtiyat edir. Bir halda ki, bizim prezidentimiz nöqsanların ortadan qaldırılması üçün mətbuata müraciət edir, biz onun müraciətinə həssaslıqla yanaşmalıyıq. Mətbuat bu məsələdə öz baxışını ortaya qoymalıdır.

Qeyd etdiyim kimi, mediamızın inkişafı prosesi gedir. Azərbaycan mediasının böyük bir inkişaf yolu var. Elektron media xüsusilə inkişafdadır. Yəni pessimizmə qapılmadan deyə bilərəm ki, mediada inkişaf var. Bu inkişaf sürətlə gedir. Hesab edirəm ki, islahatlar media sahəsində də özünü göstərməlidir. Əminəm ki, media olaraq sabaha böyük inamla addımlayırıq”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr