SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var

Kriminal 17-yan, 15:279 xebertv 68 0
SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat məlumatı daxil olub. Daxil olmuş məlumat ilə əlaqədar Ə. Məmmədov şəhər ərazisində idarə etdiyi avtomobil ilə birlikdə saxlanılıb Baş Polis İdarəsinə gətirilən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçarkən asayiş keşikçilərinə müqavimət göstərib.

Nəticədə bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb. Şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə 1.2 qram çəkidə psixotrop maddə hesab edilən "metamfetamin” aşkar edilərək götürülüb. Ə. Məmmədova məxsus "Nissan-Maxima” markalı avtomobildən isə soyuq silah hesab edilən 2 ədəd iri ölçülü bıçaq və xəncər, 1 ədəd nömrəsi silinmiş tapança, həmin silaha aid 5 ədəd patron, bir ədəd sandıqca və 1 ədəd selofan bükülüdə çəkisi 9.5 qram psixotrop maddə hesab edilən "metamfetamin”aşkar olunub.

Davam etdirilən tədbirlərlə Ə. Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini , əvvəllər məhkum olunmuş 34 yaşlı Kamran Rzayev olması müəyyən edilərək saxlanılıb. İlkin dindirilmə zamanı o, Əli Məmmədovdan narkotik maddə almaq üçün görüşdüyünü etiraf edib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr