“95 nəfər namizədliyini geri götürüb” - MSK sədri
Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, qeydə alınan namizədlər 19 siyasi partiyalar tərəfindən irəli sürülüb.
MSK sədri qeyd edib ki, parlament seçkilərində 95 namizədliyi geri götürərək mübarizəni dayandırıb.