Moskvada Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri SƏRGİLƏNƏCƏK

Aktual / Mədəniyyət / Manset 24-yan, 14:539 xebertv 52 0
Moskvada Azərbaycanın sovet dövrünə aid xalça və tikmələri SƏRGİLƏNƏCƏK



Moskvada, Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılacaq.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, bu barədə Moskva merinin və hökumətinin portalı məlumat yayıb.

Sovet illərinin Azərbaycan xalçaları və tikmələrinə fevralın 5-dən martın 1-dək tamaşa etmək mümkün olacaq.

“Ekspozisiyada əlamətdar tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etməsi barədə danışılır”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, 40 eksponatı özündə birləşdirən sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına daxil edilən, 1920-1970-ci illərə aid xalçalar təqdim edilir.

Bundan başqa, muzeyə gələnlər Mərcani Fondundan olan plakatları, 1920-1930-cu illərə aid, inqilab dövrünün tikmələrini görə biləcəklər.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr