Regionun ən böyük səyahət bazarına maraq artır

Mədəniyyət / Manset 05-fev, 13:169 xebertv 60 0
Regionun ən böyük səyahət bazarına maraq artır

Aprelin 29-da Bakıda keçiriləcək “Travel Businness Azerbaijan 2020” tədbirində iştirak etmək üçün ilkin mərhələdə turizm və qonaqpərvərlik sahəsində fəaliyyət göstərən 200-dən çox yerli və xarici şirkətin qeydiyyatı artıq təsdiqlənib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, regionun ən böyük səyahət bazarı rolunu oynayacaq tədbirə qeydiyyat davam etməkdədir.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə reallaşacaq turizm tədbirinə Yaxın Şərq və Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna, Hindistan, Pakistan, Yaponiya və Koreya kimi ölkələr daxil olmaqla dünyanın 50 ölkəsindən 1000-dən çox iştirakçının qatılacağı gözlənilir.

Bakı Konqres Mərkəzində keçiriləcək tədbir ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.

Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.

Tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaq.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr