SON DƏQİQƏ: "Evimiz o tikilən otelə görə yandı" - İçərişəhərdəki YANĞININ TƏFƏRRÜATLARI - FOTOLAR - VİDEO

Aktual / Cəmiyyət / Video 08-fev, 13:159 xebertv 60 0
SON DƏQİQƏ: "Evimiz o tikilən otelə görə yandı" - İçərişəhərdəki YANĞININ TƏFƏRRÜATLARI - FOTOLAR - VİDEO

“İndi küçədə, bayırda evsiz-eşiksiz qalmışıq”.

News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın nəticəsində ev sahibi 72 yaşlı Vaqif İsmayılov, gəlini Səidə İsmayılova, nəvələri 14 Yaşlı Rəvan və 18 yaşlı Fərid xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Ev sahibinin oğlu Ceyhun İsmayılovun xəsarəti yüngül olduğundan, ona hadisə yerində tibbi yardım göstərilib.


Bu sözləri Bakı şəhəri, Səbail rayonu İlyas Əfəndiyev küçəsi, 10 ünvanında partlayış baş verən mənzilin sahibi Hökumə İsmayılova News24.az-a açıqlamasında bildirib.

O, hadisə zamanı 4 nəfər ailə üzvünün ağır xəsarət aldığını deyib: “Evdə hamı yatmışdı. Qızım ağlaya-ağlaya gəldi ki, ev yandı. Hamı içəridə qaldı. Balalarım yanıb külə döndü. Yoldaşımız üzündə bir yer qalmayıb ki, yanmasın. Neçə gündür gəlinim gedib-gəlib deyir ki, evdən qaz iyi gəlir.”.
Partlayış baş verən evin sakini, H.İsmayılovanın oğlu Ceyhun İsmayılov isə hadisənin yaxınlıqdakı oteldə aparılan tikinti üzündən baş verdiyini bildirib: “Partlayışın səbəb evimizin yaxınlığındakı ərazidə otelin tikintisi zamanı mənzilimizə gələn qaz borusunun zədələnməsdir. Tikinti zamanı zədələnmiş borudan evimizə qaz sızıb. Bizim evdə qaz yoxdur. Qaz oteldən bizim evə sızıb və partlayış baş verib”.

Qeyd edək ki, partlayış zamanı 4 nəfər ciddi xəsarət alıb.


Teymur Məmmədov
Foto/Video Fərid Şabanov
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr