Hərbi Hava Qüvvələrinin yeni obyektləri istifadəyə verildi - FOTOLAR
Fevralın 11-də Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin hərbi hissəsində yeni inşa edilmiş hərbi obyektlərin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Bu barədə "MediaPost"a Müdafiə Nazirliyindən məlumat verilib.
Fevralın 11-də Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin hərbi hissəsində yeni inşa edilmiş hərbi obyektlərin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidəki iki mərtəbəli qərargah binası, əsgər yataqxanası, sinif otaqları, anbarlar, sıra meydanı, nəzarət-buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.
Tikintisi davam edən digər obyektlərə də baxış keçirən Müdafiə naziri işlərin keyfiyyətli başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.