Naxçıvanda keçirilən seçkilər niyə gizlədilir? - İLGİNC

Cəmiyyət / Manset 17-fev, 12:349 xebertv 43 0
Naxçıvanda keçirilən seçkilər niyə gizlədilir? - İLGİNC


Fevralın 9-da Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçirilib.

Yenisabah.az xatırladır ki, 5 dekabr 2019-cu ildə Milli Məclis buraxılandan və fevralın 9-da növbədənkənar seçkilər təyin olunandan 4 gün sonra, yəni, 9 dekabr 2019-cu ilə tarixdə Ali Məclisin sədri Vasif Talıbov rəhbərlik etdiyi qurumun buraxılması barədə sərəncam imzalayıb.

Bundan sonra Ali Məclisə seçkilərlə bağlı hər hansı məlumat yayılmayıb. Nə qeydiyyat, nə də təbliğat və təşviqat mərhələsində Ali Məclisdə təmsilçilik uğrunda yarışanlar barədə məlumat verilib.

Yalnız səsvermə günü, yəni, fevralın 9-da Naxçıvan KİV-də Naxçıcan Ali Məclisinin sədri Vasif Talıbovun səsvermədə iştirak etməsə barədə xəbər yerləşdirilib.

Həmin xəbərdən məlum olur ki, Ali Məclisə 45 seçki dairəsindən dairədən 140 namizəd qeydə alınıb. Namizədlərin kimliyi barədə məlumat yoxdur. Qaliblərin adları da sirr saxlanılır.
Ali Məclisin, Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) veb-səhifələri və Muxtar Respublikanın rəsmi orqanı olan "Nuhçıxan" agentliyi də bu barədə susur. Azərbaycan MSK da nədənsə özünü Ali Məclisə seçkilərdən xəbərsiz kimi aparır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr