Bərdə RTŞ-nın müdiri millətinin qanını içən Kirovun adını belə əbədiləşdirib - FOTOFAKT

Sosial / Manset 17-fev, 18:549 xebertv 224 0
Bərdə RTŞ-nın müdiri millətinin qanını içən Kirovun adını belə əbədiləşdirib - FOTOFAKT

Prezident İlham Əliyev Paşinyana xitabən "Siz Stalinə simpatiya bəsləmirsinizsə, Şaumyan sevginiz" hardandır deməklə, bir daha erməni baş nazirin dolaşıq mövqeyini tam çılpaqlığı ilə ortaya qoymuş oldu.

Bilməyənlər üçün deyək ki, Şaumyan rayonu elə Paşinyanın dostu olan Stalinin zamanında, yəni 1930-cu ildə təşkil olunub və 1991-ci ilə qədər mövcud olub. Sonradan Qazım İsmayılov rayonuna birləşən Şaumyan deyilən rayonun hazırki adı Goranboydur və bu ad həmin ərazilərin bərpa olunmuş tarixi adıdır.



Bütün bunları təsadüfi olaraq vurğulamadıq. Sən demə, ölkəmizdə də, bizlər arasında da köhnə sovet nostalgiyasını yaşayanlar var. Elə, Bərdə rayon təhsil şöbəsinin müdiri Rzaqulu Yaqub oğlu Şərifov kimi.
Bərdə RTŞ-nın müdiri millətinin qanını içən Kirovun adını belə əbədiləşdirib - FOTOFAKT

İxa.az xəbər verir ki. bu barədə dia.az-a Bərdə rayon ziyalılarından biri yazıb.

İddia olunub ki, əgər belə olmasaydı, sözügedən təhsil idarəsinin müdiri "http://barda.edu.gov.az/" rəsmi saytında özü barəsində məlumatda təhsil aldığı Gəncə Dövlət Pedaqoji İnstitusunun adını "Kirovabad Dövlət Pedaqoji İnstitutu" kimi qeyd etməzdi. Biz də başa düşürük ki, Rzaqulu müəllim bu zaman əlindəki diploma istinad edib, amma o da gün kimi aydındır ki, bərdəli məmurumuz orada olan "Kirovabad" sözünü "Gəncə" ilə əvəzləsəydi, kimsə ona irad tutmayacaqdı, əksinə anlaşılan olacaqdı ki, adam millətinin qanını içən Kirovun adını heç bir formada yaşatmaq istəmir...

İxa.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr