Azərbaycan-Türkiyə sərhədinin bağlanması xəbərinə SƏFİRLİKDƏN REAKSİYA
Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini bağlaması ilə bağlı xəbərə münasibət bildirib.
Səfirlikdən verilən məlumata görə, İranda aşkarlanan koronavirusla bağlı İrandan Türkiyəyə keçidlə bağlı lazımi tədbirlər görülüb.
Bu tədbirlər çərçivəsində Naxçıvandan Türkiyəyə keçidlərə də nəzarət gücləndirilib.
“Bu tədbirlər qarşı tərəfə zərər verməmək üçün atılıb. Görülən tədbirlər sərhədin bağlanması anlamına gəlməməlidir. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumları ilə təmaslarımız davam edir”, - deyə açıqlamada qeyd olunur.