Keçmiş MTN generalı Bakı İstintaq Təcridxanasına köçürülmək istəmir - MƏHKƏMƏ

Aktual / Manset 25-fev, 19:219 xebertv 164 0
Keçmiş MTN generalı Bakı İstintaq Təcridxanasına köçürülmək istəmir - MƏHKƏMƏ

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, proses hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutub.

Hakim bildirib ki, məhkumlar prosesdə şəxsən iştiraklarının təmin olunması barədə məhkəməyə müraciət ediblər: "Biz həmin məhkumların etap olunması üçün məktub vermişik. Ancaq məhkumlar yenidən müraciət ediblər ki, məhkəmə prosesində Bakı İstintaq Təcridxanasına köçürülmədən birbaşa cəzaçəkmə müəssisəsindən gətirilmək istəyirlər. Bu isə qanunvericilikdə nəzərdə tutulmayıb və bu məsələ məhkəmənin səlahiyyətinə aid deyil".

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Mehrəliyev də bildirib ki, qanunvericilikdə belə hal nəzərdə tutulmadığından müraciət təmin edilməməlidir".

Hakim bildirib ki, məhkum Azər Mehdiyevin müdafiəçisi kassasiya şikayətinə əlavə təqdim edib və sənəd tərəflərə göndərilməlidir.

Prosesdə Elçin Quliyevin yeni müdafiəçi ilə müqavilə bağladığı bildirilib və vəkil iş materialları ilə tanış olmaq üçün vaxt istəyib.

Proses aprelin 7-də davam edəcək.

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Kassasiya şikayəti həmin qərardan verilib.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra Nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr