“Santyaqo Bernabeu”da qalib gəlmək böyük zövqdür” – Qvardiola

İdman / Manset 27-fev, 12:289 xebertv 42 0
“Santyaqo Bernabeu”da qalib gəlmək böyük zövqdür” – Qvardiola
“Mənim üçün nəticə ilə yanaşı, göstərdiyimiz oyunun keyfiyyəti də böyük önəm kəsb edir. Madridə qələbə dalınca gəlmişdik”.

Lent.az -ın məlumatına görə, bunu “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola deyib.


İspan çalışdırıcı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Real”ı məğlub etdikləri (2:1) görüşü şərh edib. “İstəyimizə çatdıq. Ancaq hələ heç nə bitməyib. Sadəcə, mübarizənin ilk hissəsi bizim xeyrimizə nəticələnib. “Santyaqo Bernabeu”da qalib gəlmək böyük zövqdür. Yaxşı oynadığımız məqamda qol buraxdıq, “Real”ın üstün olduğu dəqiqələrdə isə 2 qol vurduq. Çempionlar Liqasının özəlliyi də məhz bundadır”, - Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti”yə qələbə qazandıran qollara Qabriel Jezuş və Kevin de Brüyne imza atıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr