"Ata Bank" çökdü... - bankın xəzinə yeri bağlıdır
"AtaBank”dan şikayət var: insanlar maaş və təqaüdlərini almaqda problem yaşayırlar. Şikayətçilərin sözlərinə görə, sentiyabrdan bəri pullarını terminallardan deyil, bankın filialına yaxınlaşaraq alırdılar. "Əvvəl başqa bankın terminalından faizlə də olsa pulumuzu götürürdük, indi ümumiyyətlə pul çəkmək mümkün deyil”,- deyə onlar bildirib.
Şikayətçilərin sözlərinə görə, bankın xəzinə yeri bağlıdır, fevralın əvvəlində alacaqları pulu hələ də ala bilməyiblər.
Məsələylə bağlı "AtaBank”dan Toplum.tv-yə bildirilib ki, hazırda bankda pul yoxdur və nə zaman olacağını da bilmirlər.
Xatırladaq ki, bir neçə gün öncə isə Bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev, İdarə Heyəti sədrinin I müavini Etibar Babaşlı, İdarə Heyəti Sədrinin iki müavini – Rauf Hüseynov və Kamran Orucəliyev bankın rəhbərliyindən azad olunub.