AFFA-nın vitse-prezidenti: “Yığma komandada əcnəbi baş məşqçi işləməlidir” - MÜSAHİBƏ

İdman / Manset 05-mar, 09:409 xebertv 310 0
AFFA-nın vitse-prezidenti: “Yığma komandada əcnəbi baş məşqçi işləməlidir” - MÜSAHİBƏ

AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Rauf Əliyevin Oxu.Az-a müsahibəsi

– Millimizin Millətlər Liqasında düşdüyü qrupu necə dəyərləndirirsiniz?

– Ötən dəfə Millətlər Liqasında yaxşı qrupa düşmüşdük. Buna görə də qrupdan çıxacağımıza ümidli idik. Amma istəyimiz alınmadı...

– Amma gördük ki, Kosovo millisi də güclü komandadır...

– Demək olmaz ki, güclü çıxdı. Sadəcə, bizdə alınmadı. İdmandır, bir gün belə olur, bir gün başqa cür. Amma budəfəki püşkatma göstərdi ki, bizim qrupdan çıxmaq şansımız var. Lüksemburqla əvvəl oynamışıq. Kipr elə də güclü komanda deyil. Monteneqrodan da geri qalan komanda deyilik. Sadəcə olaraq, qrupdan pley-offa vəsiqə qazanmaq üçün bizdə əzmkarlıq, məşqlərdə tələbkarlıq olmalıdır.

– Orada Lüksemburq millisi zəif görünə bilər. Amma son illər Lüksemburq futbolu inkişaf edib...

– Bir Lüksemburq deyil. Bu və digər ölkələrin yığma komandalarının hamısı bir səviyyəyə çatıb. Amma o demək deyil ki, bizdən güclüdürlər. Biz də bir səviyyəyə çatmışıq. Bizdə də inkişaf prosesi gedir. Bizə elə bil ki, Allah bu püşkü, bu komandaları göndərdi. Məsələn, Estoniya, Şimali Makedoniya kimi komandalar da düşə bilərdi. Onlar Ermənistanla düşdü. Bizdə isə çox yaxşı qrupdur. Ona görə də bütün gücümüzü qoymalıyıq ki, bu mərhələni keçək. Çünki şansımız var.

– Millimizin baş məşqçi postu hələ ki boşdur. Namizədlərin siyahısı da artıq qısaldılıb. Deyilənə görə, baş məşqçi postuna ən yaxın namizəd italiyalı Canni de Byazidir...

– Onu indi mən deyə bilmərəm. Bu, AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Ondan sonra elan olunacaq.

– AFFA İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti kimi millidə yerli, yoxsa əcnəbi məşqçinin çalışmasını istəyirsiniz?

– Bunu İcraiyyə Komitəsinin iclasında da demişəm. Şəxsi fikrim belədir ki, əcnəbi məşqçi olsun. Onun yanında köməkçisi azərbaycanlı olsun, buna etiraz etmirəm. Azərbaycanda peşəkar məşqçilərimiz, veteranlarımız var. Heç kim etiraz etmir ki, onlar kənarda qalsın. Onlar futbolun inkişafına cəlb olunmalıdır. Amma şəxsi fikrimdir ki, bu gün yığma komandada əcnəbi baş məşqçi işləməlidir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr