İlham Əliyev başçını işdən çıxardı - 2 sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirdaməd Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamı təqdim edir:
Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Prezidentin digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.