Türkiyə təmsilçisinin oyunu azarkeşsiz keçiriləcək
UEFA Avropa Liqasında Türkiyəni təmsil edən “Başakşehir” komandasının səfərdə “Kopenhagen”lə oynayacağı qarşılaşma koronavirus səbəbindən azarkeşsiz keçiriləcək.
Bu barədə “Hürriyet” məlumat yayıb.
“Kopenhagen” klubunun açıqlamasında mart ayında keçiriləcək digər - “Horsens” və “Randers” qarşılaşmalarının da azarkeşsiz oynanılacağı qeyd olunub.