Bahar Muradova kollektivə təqdim edildi

Sosial / Manset 13-mar, 17:089 xebertv 171 0
Bahar Muradova kollektivə təqdim edildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədri Bаhar Muradova kollektivə təqdim edilib.

XəbərTv.info bildirir ki, bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, B.Muradovanı Dövlət Komitəsinin işçilərinə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

F.Əliyeva B.Muradovanın keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verərək bildirib ki, Bahar Muradovanın həyatının böyük bir hissəsi dövlət siyasətinin həyata keçirilməsində iştirak edərək mühüm töhfələrini verməsi ilə bağlı olub.

F.Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayaraq, ailə və gender məsələləri ilə bağlı kifayət qədər qanunların qəbul edildiyini və bu prosesdə həm Komitənin, həm də Milli Məclisin çox böyük rolu olduğunu qeyd edib.

Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, Prezidentə göstərilən etimada görə öz təşəkkürünü bildirib.

B.Muradova çıxışında gender bərabərliyi, ailə məsələləri, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələri qeyd edərək, cəmiyyəti və dövləti narahat edən uşaq nikahları, selektiv abortlar, məişət zorakılığı və məcburi nikah halları, uşaqların zərərli informasiyalardan qorunması kimi məsələlərə toxunub.

Cəmiyyətdə bu proseslərin qarşısının alınması istiqamətində səylərin daha da gücləndirilməsini, konkret proqram və layihələrin işlənilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, Komitənin bundan sonrakı fəaliyyətində beynəlxalq təşkilatlarla, parlamentlərarası qruplarla, dövlət və QHT-lərlə, vətəndaşlarla, ailələrlə iş, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində koordinasiyanı gücləndirərək könüllü şəbəkəsinin yaradılmasının vacibliyi bildirib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr