Koronavirus fürsətçilərinin sarımsaq böhranı - VİDEO
Çin həkimləri koronavirusla mübarizədə əldə etdiyi uğurları xalq təbabətinə borclu olduqlarını bəyan etdilər. Bizim də məşhur zoğal mürəbbəmiz və sarımsağımız var. Daha doğrusu, var idi.
XəbərTv.info BAKU.TV-yə istinadən məlumat verir ki, bazarlarda sarımsaq qıtlığı var. Olan məhsulsa qat-qat baha qiymətə təklif olunur.
Bahalıq bir yana, indi heç bazarlarda sarımsağı tapmaq belə olmur. Sarımsağın qonşu ölkələrə, xüsusilə Rusiya bazarına çıxarılması yaranan qıtlığın əsas səbəbidir.
Amma infeksion aktivliyin artığı belə bir zamanda bu bitkiyə yerli tələbat, təbii olaraq, xüsusilə çoxalıb. Bu da süni qiymət artımı yaradıb.
Satıcılar bu qiymət artımının onlardan qaynaqlanmadığını bildirir. Onlar bu məsələdə məhsulun pərakəndə satışı ilə məşğul olan şəxsləri günahlandırırlar.
Məsələnin qəribə tərəfi isə odur ki, sarımsaq əkini ilə məşğul olan kənd sahibkarları bir neçə ay əvvəl əllərində olan məhsulun bazar qiymətlərdən çox ucuz alındığından şikayətlənirdilər.