56 günlük ödənişli yay məzuniyyəti qüvvədə qalırmı?

Təhsil / Ölkə 21-mar, 14:569 xebertv 110 0
56 günlük ödənişli yay məzuniyyəti qüvvədə qalırmı?










"Təhsil Nazirliyi 29 aprelə qədər məzuniyyətə göndərildiyi üçün dövlət təhsil müəssisələrində dərslər aprelin 30-da başlamalıdır".

Bunu təhsil ekspert Kamran Əsədov Nazirlər Kabineti tərəfindən bəzi dövlət qurumlarının növbədənkənar məzuniyyətə göndərilməsi ilə bağlı verdiyi qərarı şərh edərkən deyib. Ekspertin sözlərinə görə, müəllimlərin 56 günlük ödənişli yay məzuniyyəti qüvvədə qalır.

Kamran Əsədov həmin qərarın təhsil sisteminə aid olan hissəsi ilə bağlı aşağıdakı təkliflərini irəli sürüb:

56 günlük ödənişli yay məzuniyyəti qüvvədə qalırmı?




















1. Qərar "Təhsil Nazirliyinin dövlət qulluqçularına şamil edilir” kimi ayrıca bənd yoxdur deyə, bu bütün dövlət təhsil sistemində çalışanlara şamil olunur. Çünki qərarda qeyd olunur ki, "bu dövlət orqanları və onların tabeliyində olan qurumların əməkdaşları", yəni universitet və orta məktəblər də Təhsil Nazirliyinin qurumudur. Orada çalışanlar da Təhsil Nazirliyinə tabe olan qurumun əməkdaşıdır. Deməli, Təhsil Nazirliyi aprelin 29-na qədər məzuniyyətə göndərildiyi üçün bütün dövlət təhsil müəssisələri də aprelin 20 yox, 30-da işə başlayacaq. Amma özəl təhsil müəssisələri 21 apreldən işə başlaya bilər.

2. Məzuniyyət pulu ayrıdır, əmək haqqı ayrı. Məzuniyyətdə işləmədiyin halda ödəniş alırsan, normal vaxtlarda isə işləyib əmək haqqı alırsan. Burda da deyir ki, məzuniyyətə göndərilirsiniz, ancaq məzunuyyət ödənişi almayacaqsız. Əmək haqqınızı alacaqsınız. Lakin bunun tədris ili başa çatandan sonrakı 56 günlük ödənişli məzuniyyətə dəxli yoxdur. Bu, məcburi məzuniyyətdir. Bütün hallarda sizin 56 günlük ödənişli yay məzuniyyətiniz qüvvədə qalır.

3. Bu qərar yalnız dövlət təhsil müəssisələrinə şamil olunur. Özəl sektor nizamnaməsinə uyğun olaraq, addım artmaqda sərbəstdir. Yəni, əməkdaşlarını məzuniyyətə göndərib-göndərməmək öz işidir. Lakin karantin rejimi qaydalarına əməl etməlidirlər.

4. Bir də təkrar yazıram, "müəllimlər dövlət qulluqçusu deyil deyə, bu qərar onlara şamil olunmur” fikri yanlışdır. Ona görə ki, (a) Təhsil Nazirliyi və onun orqanları - BŞTİ, RTŞ və digərləri məzuniyyətə olduğu halda onun aşağı qurumları, məktəblər, peşə və orta ixtisas təhsili müəssisələri, universitetlər işləyə bilməz. Əmək haqqlarının təhsil sistemində ödənilməsi ilə bağlı problem və məhdudiyyət nəzərdə tutulmur. Yəni, hər kəs aylıq əmək haqqını tam şəkildə alacaq. Bu, həm müəllimlər, həm də digər texniki və yardımçı vəzifələrdə çalışan işçilərə şamil olunur.

5. Dərslərin nə vaxt başlayacağı, yay aylarında dərsin olub-olmaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Bütün fikirlər yalnız təklif və ya istəkdir. Amma bütün hallarda əmin olun ki, dövlət vətəndaş üçün ən uyğun olanı edəcək".

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr