Türkiyə hökuməti qoruyucu maskalar istehsal edən fabrikləri hədələyib
Türkiyə rəsmiləri üz maskaları istehsal edən fabriklərin məhsullarını hökumətə satmağa razı olmadıqları təqdirdə həmin fabriklərin sahibi olan şirkətləri bağlamaqla hədələyirlər.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bazar ertəsi Türkiyənin dövlət mediasına açıqlamasında deyib ki, şirkətlər məhsullarını saxlamağı dayandırmalı və Səhiyyə Nazirliyi ilə müqavilələr bağlamalıdırlar. Əks təqdirdə o, həmin şirkətlərin həbs ediləcəyini deyib. Onun sözlərinə görə, hökumət üz maskaları üçün ədalətli qiymət ödəyəcək.
Soylu bazar günü hökumətin qoruyucu maskalar saxlanılan anbarlara eyni vaxtda reydlər keçirildiyini deyib.
Bu addımlar bazar günü Türkiyədə virusdan ölənlərin sayı 9 nəfərdən 30-a qədər artması və son iki həftədə yoluxanların sayının 1256-ya çatmasından sonra atılıb. Soylu Türkiyədə hazırda təxminən 10 750 nəfərin karantində saxlandığını bildirib.
Türkiyədə koronavirusun yayılmasının qarşısının alınması üçün 165 minə yaxın müəssisə bağlanıb. Vətəndaşlar biri-birindən uzaq durmağa çağırılıb və 65 yaşdan yuxarı insanlar üçün kommendant saatı elan edilib.
tv713.az