“Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq”

Siyasət / Manset 28-mar, 09:349 xebertv 109 0
“Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq”


“Qaydalara tabe olmayan vətəndaşlara qarşı cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq”.

Bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov açıqlayıb. O bildirib ki, artıq vətəndaşlar özləri daha sərt tədbirlərin görülməsini istəyirlər:

“Çox təəssüf ki, regionlarda koronavirisa qarşı mübarizə tədbirlərində həmrəylik müşahidə olunmur. Məcburiyyət tətbiq edilmədiyi üçün insanlar evlərindən çıxırlar. Dünya təcrübəsi onu göstərdi ki, 65 yaşdan yuxarı insanlar bu xəstəliyə daha tez yoluxur və proses arzuolunmaz şəkildə, ağrılı nəticələnir. Ona görə də, bu insanları qorumaq üçün dövlət belə bir addım atıb. Ancaq buna baxmayaraq, qanuna əməl olunmur”.

Mətbuat katibi qeyd edib ki, insanlar fərdi məsuliyyətini dərk etmir, ailələri isə onlara təzyiq göstərmir:

“Hətta qaydaları pozan o qədər çoxdur ki, 745 adam inzibati məsuliyyətə cəlb olunub. Buna baxmayaraq polisə etiraz da var, müqavimət də. Bizim mentalitetimizə görə, böyüklərə hörmət olunur, onlarla sərt danışılmır. Hətta polis də buna gedə bilmir. Ancaq vəziyyət onu göstərir ki, artıq xəbərdarlıq olunacaq, protokol yazılacaq və daha sonra cərimə olunacaq. Polislərə xüsusi planşetlər paylanılıb və ad, soyad deyildiyi halda həmin şəxsin məlumat bazası açılır. Hazırda yoluxmanın sürəti getdikcə artır. Sağalma sürəti ilə xəstəliyin yayılma sürəti arasında kəskin disproporsiya müşahidə olunur. Artıq biz arzuolunmaz istiqamətə gedirik”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr