Fonda daha hansı nazirlər nə qədər ianə etdi? - Siyahı

Cəmiyyət 28-mar, 10:009 xebertv 150 0
Fonda daha hansı nazirlər nə qədər ianə etdi? - Siyahı

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri 91 milyon 442 min 445 manata çatıb.

İndiyədək fonda 2641 fiziki, 115 hüquqi şəxs ianə edib.

Fiziki şəxslər arasında ən yüksək ianə hələ də Qod Nisanovun adı ilə bağlıdır – 2 milyon manat.

Fiziki şəxs olaraq ianə edənlər arasında məmurlarımızın sayı artıb. Belə ki:

1. Hacıbala Abutalıbov (Baş nazirin müavini) - 37.200,

2. İsmət Abbasov (Baş nazirin müavini) - 5 min,

3. Məleykə Abbaszadə (DİM sədri) - 8 min,

4. Muxtar Babayev (Ekologiya və Təbii Sərvətlər naziri) – 3 min,

5. Sahil Babayev (Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) – 3951,

6. Eyyub Yaqubov (Baş nazirin birinci müavini) – 9 min,

7. Natiq Əmirov (Prezidentin köməkçisi) – 10 min,

8. Səfər Mehdiyev (Gömrük Komitəsinin sədri) – 10 min,

9. Yəhya Musayev (Müdafiə sənayesi nazirinin müavini) – 10 min,

10. Əbülfəs Qarayev (Mədəniyyət naziri) – 5 min,

11. Cavid Qurbanov (Dəmir Yolları ASC-nin sədri) – 10 min

12. Oqtay Şirəliyev (Səhiyyə naziri) – 10 min və s.

adlarını siyahıya yenilikcə yazdırıblar.

Yeri gəlmişkən qeyd edək ki, Baş nazirimiz Əli Əsədovun köçürdüyü məbləğdə dəyişiklik olub. Belə ki, ötən gün 3600 idisə, bu gün məbləğ 10 mindir.

Bundan başqa, xalq artisti Alim Qasımov 1500, aparıcı Xoşqədəm Hidayətqızı 1000, deputat Cavanşir Feyziyev 20 min manatla kampaniyaya qoşulub.

İki sabiq – BDU-nun keçmiş rektoru Abel Məhərrəmov (3 min) və Prezident katibliyinin rəisi Dilarə Seyidzadə də (2 min) kənarda qalmayıb.

Daha bir diqqətçəkici ianə Nigar Arpadaraidir. Yeni seçilən deputat, digər həmkarlarından fərqli olaraq, Fonda 300 manat köçürüb.

Ən maraqlı isə tanınmış jurnalist Rey Kərmioğluna aiddir. İmkanlarının məhdudluğuna baxmayaraq, həmkarımız 50 manatla koronavirusa qarşı mübarizəyə dəstəyini ifadə edib.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar