Prezident İlham Əliyev 21 yaşlı gənci sevindirdi - Təşəkkür VİDEOSU

Siyasət 29-apr, 15:579 admin 91 0
Prezident İlham Əliyev 21 yaşlı gənci sevindirdi - Təşəkkür VİDEOSU[/center]

Prezident İlham Əliyev 21 yaşlı gənci sevindirdi - Təşəkkür VİDEOSU



Epilepsiya xəstəliyindən əziyyət çəkən Nəbiyev Elman Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

BEŞ.AZ xəbər verir ki, Bakı sakini I qrup əlil Elman Maqamednabiyeviç Nəbiyev prezidentə videomüraciət ünvanlayıb.

Videomüraciətdə Nəbiyev Elman təqaüdünün artırılmasına, əlillərə göstərilən qayğıya görə ölkə başçısına və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

21 yaşlı Elmanın anası Hafizova Hülya Sabirovna bildirib ki, oğlu uşaqlıqdan əlildir:

“Elmanda anadangəlmə epilepsiya xəstəliyi var. O, inkişafdan qalıb, oxuya və yaza bilmir. Elmanın yaşının böyük olmasına baxmayaraq, o hələ də oyuncaqlarla oynayır

2019-cu ilin aprelinə qədər 155 manat pensiya veriləndə, bizim imkanımız çatmırdı ki, Elman üçün oyuncaq alaq. Bütün pullar onun dərmanlarına xərclənirdi.

Lakin indi, 2019-cu ilin aprelindən ölkə başçısı İlham Əliyevin təqaüdlərin artırılması ilə bağlı verdiyi qərardan sonra Elman 250 manat pensiya alır. Bu məbləğ bizim üçün əhəmiyyətli artımdır.

Bu səbəbdən də, mən Elmanın ilk təqaüdündən onun üçün oyuncaq almışam. Biz gəzəndən və oyuncaq alandan sonra Elman çox xoşbəxt idi. Həmin gün biz evə gələndən sonra Elman xahiş etdi ki, mən çəkiliş edim. Elman şəxsən ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirmək və öz sevincini bölüşmək istədi.

Mən də öz adımdan Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr