Koronavirusa yoluxan müavin və oğlu ilə bağlı - İcradan açıqlama

Siyasət 01-apr, 18:479 xebertv 190 0
Koronavirusa yoluxan müavin və oğlu ilə bağlı - İcradan açıqlama


Cəlilabad Rayon İcra Hakimiyyəti icra başçısının müavini Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar yayılan məlumat haqda açıqlama verib.

Məlumatda deyilir:

“Sosial şəbəkələrdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar qarayaxma kampaniyasına başlanılıb.

Məsələnin mahiyyətindən xəbəri olmayanlar guya, Alıcı Dilavərovun Türkiyədən gəlmiş oğlunu karantindən çıxararaq ad günü keçirməsini və bunun nəticəsində çoxlu insanın koronavirusa yoluxmasını iddia edirlər.

Tam məsuliyyəti ilə bildiririk ki, bütün bunlar reallıqdan uzaq, qərəzli və böhtan xarakterlidir. Belə ki, Alıcı Dilavərovun iki oğlundan heç biri nəinki Türkiyə Respublikasına, hətta digər xarici ölkələrə heç vaxt getməyiblər. Araşdırma zamanı onların xarici pasportlarının belə olmadığı müəyyənləşdirilib.

Əslində Alıcı Dilavərov öz vəzifə funksiyasını yerinə yetirərək karantin rejimi dövründə əhali ilə sıx təmasda olub, onları maarifləndirib və karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırıb. Həmçinin o, xarici ölkələrdən gətirilərək rayon mərkəzi xəstəxanasında karantinə alınan vətəndaşların problemləri ilə tanış olmaq üçün mütamadi surətdə onlarla görüşüb və problemlərinin aradan qaldırılmasına müvafiq kömək göstərib. Ola bilsin ki, onun koronavirus xəstəliyinə yoluxması həmin proseslə əlaqədardır.

Əlavə olaraq bildiririk ki, Rayon İcra Hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına prioritet məsələ kimi baxır”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr