Daha bir ölkənin çempionatı başladı
Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, bu gün daha bir ölkədə futbol mövsümü başlayıb.
tv713.az fanat.az-a istinadən məlumat verir ki, Tayvanda milli çempionat start götürüb. 8 komandalı çempionatda turun bütün qarşılaşmaları bu gün olub. Son çempion "Taybey Tatun” evdə "Taypover"ə 2:3 hesabıyla yenilib. "Hanq Yun” doğma publika önündə "Taycenq Lions”a 4 cavabsız qol vurub.
"Taynan Siti” səfərdə "Minq Cuan Universiti”dən üstün olub – 4:2. "Taycunq” – "Tayvan Universiti” matçında isə ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.
Növbəti turun oyunları aprelin 19-da olacaq.
Qeyd edək ki, bu gün açıqlanan nəticələrə görə, Tayvanda ümumilikdə 388 nəfər koronavirusa yoluxub və onlardan 6-sı ölüb.
Hazırda dünyada yalnız Belarus, Burundi, Nikaraqua və Tacikistanda yerli çempionatlar davam etdirilir.