Avrokuboklar avqustda 3 həftəyə başa çatdırıla bilər

İdman 12-apr, 21:309 xebertv 131 0
Avrokuboklar avqustda 3 həftəyə başa çatdırıla bilər




Koronavirus pandemiyası üzündən dayandırılan avrokubokların başa çatdırılması üçün UEFA-nın nəzərdən keçirdiyi variantlardan biri müəyyənləşib.

tv713.az-nun xarici mətbuata istinadən məlumatına görə, qeyri-müəyyən müddətə təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının oyunları avqustda təşkil oluna bilər.

UEFA turnirləri üç həftə ərzində yekunlaşdırmaq niyyətindədir. 1/8 finalın baş tutmayan oyunları, həmçinin 1/4, 1/2 və final qarşılaşmalarının bu qısa müddətdə keçirilməsi planlaşdırılır.

Həmin vaxta qədər Avropadakı bütün milli çempionatların oyunları başa çatacaq. Liqalarda növbəti mövsümün startı da həmin vaxta təsadüf edəcəyi nəzərdə tutulub. Bu üzdən də avrokuboklarda mübarizəni davam etdirən komandaların öz ölkələrinin çempionatındakı ilk turları buraxmalı olacaqlar. Bu qarşılaşmalar sonradan baş tutacaq.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr