Polisin postlarda 50 AZN rüşvət alması xəbərlərinə - RƏSMİ AÇIQLAMA

Ölkə 14-apr, 11:109 xebertv 179 0
Polisin postlarda 50 AZN rüşvət alması xəbərlərinə - RƏSMİ AÇIQLAMA


Bu gün Azərbaycanın müxtəlif ərazilərində postlar qurulub. Postlarda avtomobillər yoxlanılır. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə vətəndaşlar müəyyən edilir və cəzalandırılır.

Sosial şəbəkələrdə, bəzi Kütləvi İnformasiya Vasitələrində isə yol polisinin sürücülərdən pul alaraq postdan buraxması barədə informasiyalar əks olunur. Bildirilir ki, guya postlarda insanlardan 50 manat alaraq buraxırlar.

Hətta Aslan İsmayılov da bu barədə öz “Facebook” səhifəsində yazmışdı ki, hansısa taksi sürücüsü yol polisinə pul verib. Lakin sonradan həmin hadisənin həqiqətə uyğun olmadığını bildirib və ona yalan məlumat verildiyini yazıb.

Yayılan söz-söhbətlərə aydınlıq gətirmək üçün BAKU.WS Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, boş söz deməkdənsə, əllərində fakt varsa, həmin faktı polisə təqdim etsinlər.

Onun sözlərinə görə, indiyə qədər yol polisi haqqında şayiə yayanların sayı çox olub.

“Lakin heç kim bir dənə də olsun fakt təqdim edə bilməyib. Bir “Kamaz” sürücüsü də maşının üstünə yazıb qoymuşdu ki, “yol polisi pul alıb, maşınları buraxır. Lakin mənimlə prinsip aparırlar”. Həmin sürücü də tapıldı. Soruşduq ki, kim və harada pul alıb. Həmin adam da bildirdi ki, zarafatla, elə-belə yazıb bu sözləri.

İnsanlar başa düşməlidirlər ki, zarafatla, bilərəkdən, kimlərinsə acığına belə bir yalan məlumatlar yayırlar”, - deyə Kamran Əliyev bildirib.

Qurum rəsmisi deyir ki, belə şəxslərin məqsədinin nə olduğunu başa düşmək olmur.

“Onlar postlarda nəzarəti zəiflətmək istəyirlərmi? Yoxsa özləri üçün sərbəst hərəkət imkanı əldə etmək istəyirlər?
Bəlkə, polisi xalqın gözündən salmaq fikirləri var? Başa düşmək olmur ki, bu insanların məqsədi nədir?”.

K.Əliyev deyir ki, belə hallar xidmət aparan yol polislərinə pis təsir edir:

“Polis 24 saat yolda xidmətdə olur. Onun xəstə ilə rastlaşmaq, virusa yoluxmaq riski də olur. Polisin də ailəsi, qohum-əqrabası, yaxınları var.

Onun da virusu evə aparıb uşaqlarını yoluxdurmaq ehtimalı var.

Yəni bu insan sağlamlığı ilə riskli olaraq xidmət aparır. Amma kimsə onun xidmət etdiyi yerdə bilmədən, kiminsə boş sözünə, zarafatına görə şayiə yayırsa, bu, insana çox pis təsir edir.

Bu insan da deyir ki, “mən küləyin, yağışın, tozun qabağında saatlarla xidmət aparıram. Mənim də qəlbimə toxunur ki, belə ağır xidmətimi niyə belə qiymətləndirirsən? Polis də olsa, belə hallar istər-istəməz ona da psixoloji olaraq mənfi təsir edir. O da istəmir ki, haqqında böhtan xarakterli yalan məlumatlar yayılsın”.

K.Əliyev onu da vurğulayıb ki, belə böhtan xarakterli xəbərləri yayanlar barədə də araşdırmalar aparılır. Qurum rəsmisi eyni zamanda əlində əsas olmadan şər informasiya yazan şəxslərə xəbərdarlıq edib:

“Ona görə də yalan xəbər yayan şəxsləri aşkar edirik. Əgər informasiya yayan adam dediyi sözü sübuta yetirə bilmirsə, əlində heç bir fakt olmadan boş yerə belə şayiə yayıbsa, sözsüz ki, bununla bağlı məhkəmə orqanlarına müraciət olunur.

Məhkəmə də həmin şəxsin barəsində böhtan xarakterli informasiya yaymasına görə qanun çərçivəsində qərar çıxarır”.

Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.04.2020-ci il saat 00:00-dan 14.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18 687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr