Suriyada döyüşlərdə iştirak edən azərbaycanlının istintaqı başa çatıb
Suriyada cinayətkar birlik yaratmaqda, mütəşəkkil dəstədə iştirak etməkdə təqsirləndirilən Elçin Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 218-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə)maddəsi ilə ittiham verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.(apa.az)
tv713.az