Onlayn təhsil bizə lazımdırmı? - VİDEO
Təhsilin onlayn formata keçməsinə COVID-19-dan daha böyük bir səbəb ola bilməzdi. Biz çox uzun müddətdir ki, buna doğru gəlirdik. Dövlət proqramlarına müraciət edirdik, büdcə ayırırdıq, layihələr həyata keçirirdik. Buna baxmayaraq, nəticə əldə edə bilmirdik.
Necə deyərlər, medalın iki tərəfi var və karantində keçən 52 gün ərzində Təhsil Nazirliyi televiziyada “Dərs Vaxtı”, “Virtual Məktəb” (virtual.edu.az), bütün dərsliklərin onlayn mövcud olduğu E-derslik layihələrinə start verib. Eyni zamanda, DİM şagirdlərin evdən imtahanlara hazırlaşması üçün www.otk.az internet səhifəsində pulsuz sınaq imtahanları təşkil edilib.
Öz növbəsində, Təhsildə İnkişaf və İnnovasiya Mərkəzi olan “Dərs Evi” artıq sentyabrdan “blended” təhsil formatına keçməyi planlaşdırırdı (“blended” ingilis dilindən tərcümədə “qarışıq” deməkdir). “Blended” formatı ənənəvi təhsillə onlayn təhsilin üstünlüklərini özündə birləşdirir. Mərkəz “E-ders” elektron platformasını hazırlayır. Burada şagirdlər tədrisdəki irəliləyişini izləyə, yazılmış videodərslərə baxa, onlayn rejimdə ev tapşırıqlarını yerinə yetirə biləcək və bununla da, vaxtına qənaət etmiş olacaqlar.
Koronavirus pandemiyası oyuna öz qaydalarını daxil edib və martın 5-də, karantinin elan olunmasından bir gün sonra “Dərs Evi” onlayn tədrisə başlayıb.
Etiraf etmək lazımdır ki, hər şey göründüyü qədər asan deyildi. Ənənəvi dərsi olduğu kimi onlayn formata keçirmək olmaz. Çoxları dərsləri məhz bu cür həyata keçirərək, onlayn tədris barədə mənfi imic formalaşdırır və bu formatın effektiv olmaması istiqamətində ittihamlar üçün zəmin yaradır.
Onlayn təhsili fərqləndirən bir çox məqam var: dərslərə hazırlıq, sual-cavab reqlamenti, şagirdlərin interaksiyası və materialın təqdim edilməsi. Eyni zamanda, eynilə sinifdə olduğu kimi, şagirdlər tapşırıqları yerinə yetirir, bir-biri və müəllim ilə ünsiyyət qurur, suallara cavab verirlər. Onlayn dərs üçün şagirdlərin ehtiyac duyduğu yeganə şey rəqəmsal cihaz, internet və sakit mühitdir. Formatın danılmaz üstünlükləri – dərsləri yenidən izləmək imkanı və münasib qiymətdir.
Karantin dövründə “Dərs Evi” şagirdlər, abituriyentlər, SAT, IELTS imtahanlarına hazırlaşanlar və sadəcə, xarici dil öyrənən tələbələr üçün 1000-dən çox vebinar keçirib. Bununla yanaşı, tələbələr öyrəndikləri materialı unutmasınlar deyə, mərkəzin internet səhifəsində pulsuz onlayn testlər təqdim edilib. Bundan əlavə, şagirdlər və onların valideynlərinə psixoloji dəstək göstərmək məqsədilə vebinarlar keçirilir.
Şagirdlər üçün seminarlarla yanaşı, “Dərs Evi” həmkar müəllimlər üçün Teachers Academy layihəsinə də start verib. Layihə çərçivəsində “Onlayn dərsləri necə effektiv keçmək olar?” mövzulu vebinarlar keçirilir.
Əminliklə deyə bilərik ki, artıq bütün şagirdlər onlayn dərslərlə tanışdır. Bəzi şagirdlər üçün bu təcrübəni uğurlu adlandırmaq olmaz. Lakin “Dərs Evi” şagirdləri həmin təcrübəni sizinlə məmnuniyyətlə paylaşacağımız mahnıya çevirdilər!
Təhsildə İnkişaf və İnnovasiya Mərkəzi olan “Dərs Evi” 2015-ci ildə dünya təcrübəsinin Azərbaycanın təhsil proqramı ilə birləşdirilməsinin nəticəsi kimi yaradılıb.