Koronavirus Azərbaycanda avtomobil bazarını da "vurdu" (VİDEO)
Koronavirus epidemiyasının vurduğu zərər avtomobil satış mərkəzlərindən də yan keçməyib.
tv713.az məlumat verir ki, artıq bu gündən bu xidmət sahəsi də əvvəlki kimi öz fəaliyyətini bərpa edib. Ancaq avtomobil satış mərkəzləri hazırkı vəziyyətdə olan qiymətlərdən gileylənirlər.
Satış nümayəndələrinin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, avtomobillərin bir çoxu maya dəyərinə satılır.
Avtosalonlardan verilən məlumata görə, avtomobillərin qiymətinə təsir edən amillərdən biri də, ölkə sərhədlərinin bağlı olmasıdır.
Belə ki, hazırda ölkəyə avtomobil idxalına qoyulan məhdudiyyət hələ də aradan qaldırılmayıb.
Baku Tv-nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: