"Tədris prosesinin bərpa edilməsi nəzərdə tutulmur"

Təhsil 07-may, 18:129 xebertv 161 0
"Tədris prosesinin bərpa edilməsi nəzərdə tutulmur"

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

tv713.az məlumat verİr kı, mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edir.

Tədbirdə konfransda pandemiya dövründə təhsil, buraxılış və qəbul imtahanları ilə bağlı müzakirələr aparılır.

Nazir qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanların yeni normalara uyğun keçirilməsi ilə bağlı qaydalar hazırlayıb. Həmin qaydalar Nazirlər Kabinetinə təqdim edilib və yaxın günlərdə qəbul ediləcək.

Nazir bildirib ki, yeni tədris ili üçün I sinfə qəbul prosesində 122 minə yaxın uşaq qeydiyyatdan keçib və onlar artıq I sinfə qəbul olunub.

Onun sözlərinə görə, tədris digər dillərdə olan məktəblərdə oxuyacaq uşaqlarla müsahibələrə qeydiyyat mayın 20-dən etibarən başlayacaq və 9621 uşaq müsahibəyə cəlb ediləcək.

C.Bayramov qeyd edib ki, növbəti tədris ili üçün lisey və gimnaziyalara qəbul imtahanı avqust ayında keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, iyun ayında 9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır. Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq.

Təhsil naziri məlumat verib ki, Bakıda və regionlarda istedadlı şagirdlər üçün lisey və gimnaziyaların 5-9-cu sinfinə qəbul bu il avqustun ikinci yarısında olacaq.

“Respublika fənn olimpiadasının ilkin mərhələsi yanvar-fevral aylarında keçirilib. Üçüncü final mərhələsi martın sonunda nəzərdə tutulurdu. finalda iştirak üçün 589 şagird hüquq qazanıb. 8 fənn üzrə final mərhələsi iyunun birinci yarısında planlaşdırılır", - Bayramov deyib.

Nazir əlavə edib ki, iyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək. Bu, onlayn şəkildə baş tutacaq. İyunda üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd tədqiqat və monitorinqdir ki, proqram neçə mənimsənilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr