QƏHRƏMANI TANİYAQ!!
Bakıda avtobus sürücüsü gənc qızı ölümdən qurtardı.
BEŞ.AZ xəbər verir ki, "Mövqe" qəzetinin əməkdaşının gözləri qarşısında gənc qız 18 nömrəli avtobus sürücüsünün köməkliyi ilə ölümdən qurtulub.
Hadisə bu gün səhər saat 08:30 radələrində Nəsimi rayonu ərazisində baş verib. 99 JL 454 dövlət qeydiyyat nişanlı "BMC Procity" markalı avtobusda qadın sərnişin özünü pis hiss edib. Məlum olub ki, gənc xanım epilepsiyadan əziyyət çəkir və dilqatlanmas halı baş verib. Sürücü Vüqar Kərimov dərhal sərnişinə yardım göstərib.
"Xaliq Faiqoğlu" şirkətinə zəng edib sürücü haqqında məlumat öyrənmək istədikdə Şirkətin Mətbuat Xidmətinin rəhbəri Nizam Rzayev bildirdi ki, şirkətimiz hər zaman nümunəvi sürücülərə qarşı xüsusi diqqət nümayiş etdirir. Bu hadisədə həm peşə, həm də insanlıq borcunu layiqincə yerinə yetirmiş əməkdaşımıza təşəkkür elan olunacaq.