Rusiyada məktəblilər ev tapşırıqlarını yollamaq üçün mobil rabitə qülləsinə çıxırlar.
360tv-nin məlumatına görə, kadrlar Perm diyarının Novopetrovka kəndində qeydə alınıb.
Sakinlərin sözlərinə görə, kənddə internetin keyfiyyəti o qədər bərbaddır ki, tapşırıqların yüklənməsi üçün bir neçə saat lazım olur, elə bir o qədər vaxt tapşırıqları yollamağa gedir.