Milli Şurada növbəti qalmaqal
Milli Şuranın Koordinasiya Mərkəzinin "Zoom"la keçirilən iclasının daha bir videosu yayılıb.
Sosial şəbəkələrdə yayılan videoda bu dəfə hədəf tarixçi Altay Göyüşov olub.
Belə ki, onunla bağlı müzakirəni Milli Şuranın üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli açıb. Gültəkin Hacıbəyli Altay Göyüşovun ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızını təhqir etdiyini bildirib.
Bu məqamda “Azadlıq” qəzetinin sabiq baş redaktoru Rahim Hacıyev Altay Göyüşovu təhqir edib. Ötən gün Milli Şuradan istefa verdiyini açıqlayan Rafiq Manaflı da Altay Göyüşovla bağlı mənfi fikirlərə qoşulub.
Gültəkin Hacıbəyli isə Altay Göyüşovu tərbiyəsiz adlandırıb.
Qeyd edək ki, bundan öncə Milli Şura üzvlərinin daha bir toplantısının sosial şəbəkədə yayılan görüntüləri qalmaqala səbəb olmuşdu. Həmin toplantıda G.Hacıbəyli ilə Rafiq Manaflı cinsi azlıq nümayəndələrini təhqir etmişdi.(qafqazinfo/az)
tv713.az