Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - Rəsmi

Aktual / Manset 19-may, 14:109 xebertv 155 0
Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - Rəsmi


Əməliyyat zamanı gənc qızların ölümünə səbəb olan plastik cərrah Siruz Qoçqani artıq plastik-cərrahiyə əməliyyatlarına buraxılmır.

Bu barədə ““Yeni Sabah””a “Baku Medical Plaza”nın mətbuat xidmətindən məlumat verilib:

“Qeyd edim ki, bu ilin may ayının 11-də 1996-cı il təvəllüdlü Musazadə Turanə Tofik qızının ölümündən sonra klinikanın rəhbərliyi belə qərara gəldi ki, istintaqın yekun qərarı olana kimi Siruz Qoçqani plastik əməliyyatları dayandırsın. Ancaq onun klinikada fəaliyyətinə xitam verilməyib. Dünyasını dəyişənin ailəsinin klinikadan heç bir şikayəti yoxdu”.

Qeyd edək ki, məlum hadisədən sonra ötən ilin may ayında "Baku Medical Plaza”da Siruz Qoçqani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi.

Turanə Musazadənin ölümündən sonra Sona Gürgünün ailəsinin nümayəndəsi olan Samir Zeynalov Qoçqaninin Azərbaycanda plastik cərrah kimi iş icazəsinin olmaması ilə bağlı Səhiyyə Nazirliyinin verdiyi rəsmi sənəd paylaşdı.

“Baku Medical Plaza”nın rəsmisi bu ittihama da cavab verib. Bildirilib ki, Siruz Qoçqaninin plastik cərrah işləməsi üçün onların əlində sənəd var: “Bu barədə yayılan informasiyalar yalandı. Klinikanın rəhbərliyi bu sənəd əsasında Qoçqaniyə işləməyə icazə verib”.

Xatırladaq ki, Turanı Musazadənin ölümündən sonra Xətai rayon prokurorluğunda faktla bağlı araşdırmalar başlanıb.

tv713.az


Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - Rəsmi
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr