Tofiq Bəhramov adına Respublika stadionu Avropanın ən çox oyun qəbul edən arenaları siyahısına düşüb

İdman 19-may, 14:439 xebertv 203 0
Tofiq Bəhramov adına Respublika stadionu Avropanın ən çox oyun qəbul edən arenaları siyahısına düşüb


UEFA-ya üzv olan milli komandaların iştirakı ilə ən çox oyun keçirilən stadionların siyahısı açıqlanıb.

Cədvələ əsas yığmalar səviyyəsində ən azı 40 matça ev sahibliyi edən 85 arena daxil edilib.

Azərbaycan yığmasının oyunlarının daha çox keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionu da siyahıda yer alıb.

Ölkəmizin bir nömrəli arenasında millilər səviyyəsində 54 qarşılaşma keçirilib. Bakıdakı stadion cədvəldə 65-ci yerə şərikdir. Eyni sayda görüşə Finlandiyanın paytaxtı Helsinkidəki “Tolon Pallokenta” stadionu da məkan olub.

Respublika stadionu keçmiş SSRİ arenaları arasında 9-cu yerdədir. İlk pillədə isə Moskvadakı “Lujniki” stadionudur. 123 oyuna ev sahibi olan idman qurğusu cədvəldə 20-cidir.

Qonşu Türkiyənin ən çox matçı qəbul edən arenası İsmət İnönü stadionudur. 72 dəfə milli səviyyəli görüşə ev sahibi olan stadion cədvəldə 41-42-ci yerləri bölüşür.

Cədvələ Danimarkanın paytaxtı Kopenhagendəki “Tella Parken” başçılıq edir. Bu arenada millilər səviyyəsində 335 matç baş tutub. İkinci sırada Norveçin “Ullevol” stadionudur. Paytaxt Oslodakı idman qurğusunda 324 qarşılaşma təşkil olunub. İlk “üçlüy”ü Lüksemburqun “Josi Bartel” stadionu tutur – 260 matç. Əfsanəvi “Uembli” arenası 234 oyunla 7-ci pillədə qərarlaşıb.(apa/az)

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr