Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni evlər verilib - Foto

Cəmiyyət 19-may, 15:179 xebertv 163 0
Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni evlər verilib - Foto


Gəncədə 2018-ci ilin noyabrın 20-sində partlayış nəticəsində yararsız hala düşən binanın sakinləri yeni mənzillərlə təmin olunublar. Bu gün mənzillərin açarları ev sahiblərinə təqdim edilib.

Mənzillərin açarları ev sahiblərinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və Gəncə Şəhər İcra Hakimiyyətinin Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov tərəfindən təqdim olunub.

Təqdimetmə mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev bildirib ki, yeni yaşayış binası Prezident İlham Əliyevin tapşırığına əsasən inşa edilib. Bununla əlaqədar olaraq dövlət başçısı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər daim ölkə rəhbərinin nəzarətində olub.

Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev bildirib ki, inşa edilən 5 mərtəbəli yaşayış binası iki blokdan ibarət olmaqla, ümumi sahəsi 4 570 kvadratmetdir. Sakinlərə təhvil verilən mənzillər tam təmirlidirlər. Əraziyə işıq, qaz və su xətləri çəkilib, mənzillərdə kombi sistemi qurulub.

Bina sakinlərindən Atakişiyev Elvin öz fikirlərini bölüşüb: “Hələ il yarım əvvəl eşidəndə ki, biz yeni mənzillərlə təmin olunacağıq, çox sevindik. Keçən bu müddət ərzində dövlətimiz bizi tək qoymadı. Kirayədə qalırdıq. Hər ay mənzil kirayəsini ödəmək üçün lazım olan vəsait hesabımıza köçürülürdü. Bu gün isə mənzillərimizin açarları bizə təqdim olundu. Bu bizi çox sevindirir. Dövlətimizə minnətdarıq”.

Burada yaşayan Abbasov Ceyhun bildirib ki, yeni inşa olunan binadan razıdırlar: “Məzillərimiz tam təmirlidir. Binanın yaxınlığında “xeyir-şər” mağarı inşa edilib, ətrafı abadlaşdırılıb. Burada çalışanlar çox əziyyət çəkiblər. Binanın inşasında əməyi keçən hər kəsə təşəkkür edirik. Ölkə başçısı da sağ olsun ki, bu məsələni diqqətdə saxladı və mənzillərimiz bizə təhvil verildi”.

Xatırladaq ki, 2018-ci ilin noyabrın 20-si səhər saatlarında Şahlar Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub.(qafqazinfo.az)

tv713.az


Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni evlər verilib - Foto
Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni evlər verilib - Foto
Gəncədə partlayış nəticəsində evsiz qalmış sakinlərə yeni evlər verilib - Foto
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr