Hacı İbrahim Nehrəmli barəsində yayılan ittihamlara CAVAB VERDİ
Azərbaycanın tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) barəsində yayılan ittihamlara cavab verib.
tv713.az bildirir ki, Modern.az-a açıqlamasında hazırda öz biznesilə məşğul olduğunu deyən İbrahim Nehrəmli insanları şayiələrə uymamağa çağırıb:
“Mahir Quliyev mənim qudamdır, bunu inkar etmək olmaz. Amma o ayrı fəaliyyətlə məşğul idi, mən ayrı. Hərə də özünə cavabdehdir”.
Bu barədə geniş şərhə ehtiyac görməyən iş adamı hazırda aqrar sahə ilə bağlı işlərini davam etdirdiyini qeyd edib:
“Ötən dəfə bildirdiyim kimi, suvarma problemimiz vardı, amma artıq həll olunub. Taxılımızı biçdik, yaxşı da məhsul götürdük. Hazırda 1500 hektar yonca, 700 hektar qarğıdalı əkirik. İnşallah bəhrəsini də görəcəyik”.