Neftçalaya içməli suyu hələ də sudaşıyan maşınla verirlər

Ölkə 12-iyn, 11:319 xebertv 151 0
Neftçalaya içməli suyu hələ də sudaşıyan maşınla verirlər


“Neftçalada nasoslar işə salınıb. Kür çayından şəhərə suyun verilişi bərpa olunub”. Bunu Modern.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllı qeyd edib ki, hələ də Kürün suyunda codluluq müşahidə edilir:

“Mütəxəssislərimiz əraziddir, gün ərzində aparılan monitorinqlərdə sudakı codluluğun aşağı düşdüyü müşahidə edilir”.

Qurum rəsmisi deyib ki, suyun verilişi əhalinin çətinliyinin aradan qaldırılması üçün bərpa edilib:

“Biz suyu ona görə verdik ki, bu sudan təsərrüfat, məişət məqsədilə, qab-qaşıq yumaq, yuyunmaq üçün istifadə etsinlər. 9 ədəd sudaşıyan maşınla həm Neftçala şəhərinə, həm də 3 qəsəbə və 6 kəndə içməli su veririk”.

Qeyd edək ki, bir neçə gün əvvəl Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq dəniz suyu Kür çayının şirin suyuna qarışıb.

Nəticədə Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr