Bu həftə heç kim rayonlara gedə bilməyəcək - DYP-dən yeni qərar

Aktual / Manset 17-iyn, 11:369 xebertv 162 0
Bu həftə heç kim rayonlara gedə bilməyəcək - DYP-dən yeni qərar


"Həftəsonu sərt karantin qaydalarını pozaraq torpaq yollardan istifadə edib rayonlara gedən sürücülər cərimə olunacaqlar".

Bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, həftə sonu iki gün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarında hərəkət qadağan edildiyindən adı çəkilən şəhər və rayon sakinləri digər ərazilərə üz tutublar.

Bu da paytaxta üç istiqamətdən giriş postlarında böyük sıxlığa səbəb olub. Şöbə rəsi deyib ki, magistrallardan torpaq yollara girən sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar ediləcək və inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Qeyd edək ki, bu həftə ''icazə-e-gov.az'' portalından 260 min şəxs qeydiyyatdan keçib ki, onlardan da 70 min nəfərin ölkə ərazisi üzrə icazəsi olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilən bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər. Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.

Ötən həftə sonu qadağanın tətbiq edildiyi 9 inzibati ərazi üzrə 635 nəfər inzibati qaydada cərimə edilib. Ondan öncəki həftədə isə bu rəqəm 1483 nəfər olub.

Kamran Əliyev onu da bildirib ki, növbəti həftələrdə sərtləşdirilmiş karantin tətbiq edilərsə rayonlara gedən torpaq yollarda da polis naryadları qurulacaq.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr