Millət vəkili: "Neftçalada görülən işlər bizi qane edirmi? Təbii ki yox"

Aktual / Manset 13-iyl, 10:289 xebertv 322 0
Millət vəkili: "Neftçalada görülən işlər bizi qane edirmi? Təbii ki yox"


"Neftçalanln üzləşdiyi ağır durumdur, Kürün suyunun azalması və şorlaşması rayonda nəinki 80 min nəfər insanın, həm də heyvanların, əkin-biçinin susuz qalmasıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib. Onun Millət vəkili bildirib, respublika rəhbərliyi bu məsələni nəzarətə götürüb:

"Hər gün Neftçaladan mənə onlarla zəng gəlir. Rayonda əhalisinin çoxu telefon nömrəmi bilir. Milli Məclisdə ən çox məktub alan millət vəkillərindən biriyəm və məktubların əksəriyyəti Neftçaladan gəlir. Üstəlik rayondakı köməkçim hər gün camaatın arasındadır. Mən vəziyyət barədə ilk gündən Milli Məclisdə danışmışam, dəfələrlə yazmışam, əlaqədar təşkilatlar, nazirliklər üçün həyəcan təbili çalmışam. Respublika rəhbərliyi vaxt itirmədən bu məsələni nəzarətə götürüb, Baş nazirin müavinin sədirliyi ilə özəl komissiya yaradılıb, Neftçalaya su kəməri çəkilişi sürətləndirilib, başqa məsələlərin həlli ilə bağlı müəyyən tədbirlər görülür. İşlər yetərlidirmi, görülən işlərin sürəti bizi qane edirmi? Təbii ki yox".

Sabir Rüstəmxanlı qeyd edib ki, bu problemin köklü həlli vaxt istəyir:

"Ancaq hər halda indiki vəziyyətdə başımızın üstünü qəfildən almış pandemiya şəraitində həm rayon rəhbərliyi, həm əlaqədar təşkilatlar, həm də bir millət vəkili olaraq mən əlimizdən gələni edirik ki, camaatın içməli suya olan ehtiyacı minimum şəkildə olsa da, ödənilsin. Amma Neftçala camaatının, eyni zamanda pambıqçıların vəziyyətinin ağırlığını diqqətdən kənarda saxlamaq olmaz. Əkin sahələrinin xilas etmək üçün təcili tədbirlər görülməlidir..."

Millət vəkili: "Neftçalada görülən işlər bizi qane edirmi? Təbii ki yox"

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar