Həbs edilənlərdən biri AXCP sədrinin müşaviridir

Kriminal 19-iyl, 11:309 xebertv 209 0
Həbs edilənlərdən biri AXCP sədrinin müşaviridir


AXCP sədri Əli Kərimlinin müşaviri Asif Yusifli də həbs olunub.


O, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunur.

A.Yusifli haqqında Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barəsində cinayət işi açılıb və məhkəməyə göndərilib.

Məhkəmənin müvafiq qərarı ilə A.Yusifli haqqında 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

“Milli Məclisə giriblər və başqa təxribatçı hərəkətlər olub, Təbii ki, mən bu təxribatçı əməlləri bəyənmirəm, pisləyirəm”, - deyə Yusifli bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, orduya dəstək yürüşü zamanı bir qrup şəxs Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olub, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

Xatırladaq ki, Asif Yusifli 2019-cu ilin noyabrında azadlığa çıxmışdı.(qafqazinfo.az)

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr