Bakıda xəstəxana vəziyyəti ağırlaşan koronaviruslu xəstəyə qapı açmadı

Cəmiyyət 20-iyl, 13:459 xebertv 300 0
Bakıda xəstəxana vəziyyəti ağırlaşan koronaviruslu xəstəyə qapı açmadı


“Təcili Tibbi Yardım nənəmi M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına apardı, 40 dəqiqə gözlətdikdən sonra vəziyyəti daha da ağırlaşan qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına yönləndirdilər”.

tv713.az-nun məlumatına görə, bu sözləri "qafqazinfo”ya müraciətində COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli deyib. Bildirib ki, 3 gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün Təcili Tibbi Yardıma müraciət ediblər:
“Xəstəxanadan əvvəlcə boş yerin olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra əksini dedilər. Nənəmin vəziyyəti daha da ağırlaşdı. Məsələ ilə bağlı TƏBİB-ə iki dəfə şikayət etsək də cavab verilməyib”.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri “qafqazinfo”ya bildirib ki, TƏBİB tərəfindən qabaqcadan xəstəxanalardakı boş yerlərin siyahısı Təcili Tibbi Yardıma verilir:

“Təcili Tibbi Yardım özbaşına hansısa xəstəxanaya xəstəni aparıb gözlədə bilməz. Əgər TTY xəstəni Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb və orada yer olmayıbsa, bu zaman xəstəxana günahkar deyil.

Bununla bağlı təcili yardıma şikayət olunmalı və araşdırma aparılmalıdır. Yox əgər boş yerin olmadığı sonradan bildirilib, koordinasiya olmayıbsa, bu, spesifik bir haldır və araşdırmalıdır”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr