Kapital Bank Şəhidin 12 min manat kredit borcunu SİLDİ

Cəmiyyət 24-iyl, 10:569 xebertv 289 0
Kapital Bank Şəhidin 12 min manat kredit borcunu SİLDİ


“Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun həqiqətən Kapital Bank-a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib”.

tv713.az bildirir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

P.Sədrəddinov qeyd edib ki, həmçinin, bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və BirKart-larına borclarının olduğu üzə çıxıb:

“Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da Kapital Bank tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, yayılan məlumatlarda Anar Novruzovun Kapital Banka 12 min manat kredit borcu olduğu bildirilmişdi.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr