Ziya Məmmədov vəzifədən gedəndən sonra oğlunun vətən sevgisi də yoxa çıxdı (AÇIQLAMA)

Manset / Ölkə 24-iyl, 15:009 xebertv 297 0
Ziya Məmmədov vəzifədən gedəndən sonra oğlunun vətən sevgisi də yoxa çıxdı (AÇIQLAMA)


Bir vaxtlar Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oyanayan sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov lobbiçilik fəaliyyətinə başlamış, Amerika siyasi çevrələrində böyük iddiaları və gözqamaşdırıcı planları ilə peyda olmuşdu. Hətta bu iddialardan biri kimi o, Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Dan Bartonu yüksək maaşa Amerika Azərbaycan Alyansının icraçı direktoru təyin etmişdi.

Gedişat göstərdi ki, nazir oğlunun lobbiçilik fəaliyyəti Vaşinqtonda hər dəfə yüzlərlə adamın qatıldığı qala-ziyafətlərlə və təntənəli Azərbaycan gecələri ilə yadda qalıb. O vaxtkı məlumatlara görə, bu ziyafətlər üçün ərzaq xüsusi təyyarələrdə Bakıdan daşınır, qonaqları Azərbaycanın tanınmış müğənniləri əyləndirirdi. Ziyafətə qatılanlar isə konqresmenlər, senatorlar, səfirliklərin nümayəndələri, diaspor üzvləri, habelə rəsmi şəxslər olurdu.

Amma görünən odur ki, atası nazir postundan çıxarılandan sonra bu gəncin də Azərbaycan eşqi, vətən sevgisi, lobbiçilik fəaliyyəti həmin kreslo ilə bərabər tarixə qərq olub. Əks halda, ABŞ-da azərbaycanlılara qarşı iyrənc hərəkətlərlə gündəmə gələn ermənilərə qarşı Azərbaycanın xaricdə təşkilatlanmasına ciddi ehtiyac duyulan bir vaxtda sabiq nazir oğlunun "vətən sevgisi” hiss olunardı. Heç olmasa ortalıqda görünərdi...

Ziya Məmmədov 2017-ci ildə vəzifədən azad ediləndən sonra Anar Məmmədov da qeybə çəkildi...

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, vaxtilə vəzifədə olanda özünü vətənsevər, dövlət təəssübü çəkən kimi göstərən məmurlar olub, elə indikilərin də arasında belələri var:


Ziya Məmmədov vəzifədən gedəndən sonra oğlunun vətən sevgisi də yoxa çıxdı (AÇIQLAMA)

"Elə onların övladları da ataları kimi davranıb. Ata vəzifədən gedən kimi övladı ilə birlikdə Azərbaycanın ictimai-siyasi mühitindən buxarlanıblar. Bu və digər şəkildə özlərini ifadə etmirlər. Ancaq unudurlar ki, nəyə nail olublarsa, bu dövlətin, bu xalqın hesabına əldə ediblər. Azərbaycan Respublikası vəzifədə olanın da vətənidir, vəzifədən gedənin də, vəzifədən kənar qalanın da. Bu vətənin, bu dövlətin güclənməsi hər birimizin prioriteti olmalıdır və hansı mövqedə olmağımızdan asılı olmayaraq, onun inkişafı naminə özümüzün imkanlarımız daxilində töhfələrimizi verməliyik. Təəssüf ki, belə üstün keyfiyyətləri bu cür insanlarda görmürük”.

F.Ağamalı əlavə edib ki, bu cür insanlarda vətən, dövlət anlayışları kifayət qədər deyil, sevgiləri də boğazdan yuxarıdır.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr