Bayram günlərində ictimai nəqliyyat işləyəcəkmi?

Sosial 28-iyl, 09:479 xebertv 358 0
Bayram günlərində ictimai nəqliyyat işləyəcəkmi?


Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00-dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

tv713.az Sputnik.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Qurban bayramı ilə əlaqədar iyulun 31-dən avqustun 3-dək qeyri-iş günləridir. Avqustun 1-i və 2-də sərt karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Bəs görəsən, sərt karantinin rejiminin tətbiqi ilə əlaqədar ictimai nəqliyyatın hərəkətində fasilə avqustun 3-də də davam etdirilə bilərmi?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev hazırda belə bir qərarın olmadığını bildirib. O qeyd edib ki, bu Operativ Qərərgahın qərarından asılı olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Qurban bayramı ilə əlaqədar tədbirlər planı hazırlanır.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarına əsasən 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00-dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr