“Nezavisimaya qazeta” Türkiyənin Azərbaycana diviziya yeritdiyini yazır

Aktual / Manset 29-iyl, 14:349 xebertv 222 0
“Nezavisimaya qazeta” Türkiyənin Azərbaycana diviziya yeritdiyini yazır


Bu gün iyulun 29-da Azərbaycan ərazisində Türkiyə ilə birlikdə iki ölkə silahlı qüvvələrinin irimiqyaslı hərbi təlimləri başlayır.

Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr fonunda keçirilən bu təlimlər Türkiyənin Azərbaycana açıq hərbi dəstəyi kimi qarşılanır və təkcə Ermənistanda deyil, Rusiyada da yaxından izlənməkdədir.

“Nezavisimaya qazeta” yazır ki, Azərbaycan KİV-lərinin xəbərlərinə görə, Naxçıvana Türkiyə ordusunun 11 minlik qruplaşması daxil olub. “Əgər bu məlumatlara inansaq o zaman diviziya gəlib və bu, sayca Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında dislokasiya olunmuş canlı qüvvəyə bərabərdir. Amma telekadrlara və Türkiyə ordu kalonunun Naxçıvana daxil olmasını əks etdirən videoroliklərə əsasən hazırda Naxçıvandakı Əlahiddə Ümumqoşun ordunun qarnizonlarında (zirehli obyektlərin, treylerlərin və avtobusların sayı nəzərə alınarsa) hazırda Türkiyə ordusunun təxminən 1000 nəfərlik batalyon taktiki qruplaşmasının yerləşdirildiyini təxmin etmək olar. Taktiki normativlərlə bu qruplaşma Ermənistan ərazisindəki istənilən hədəfi vura bilən reaktiv yaylım atəşi sistemləri və zərbə aviasiyası ilə gücləndirilə bilər. Yerli KİV-lərin xəbərlərinə görə, Azərbaycanın digər regionlarına da hava yolu ilə Türkiyə ordusunun əlavə bölmələri, hərbi təyyarələr və vertolyotlar çatdırılıb. Bu bölmələr Bakı yaxınlığında, habelə təmas xətti və Ermənistanla sərhəddəki poliqonlarda manevrlərdə iştirak edəcəklər.

Oradakı türk əsgər və zabitlərinin sayı nisbətən kiçikdir-hər istiqamət üzrə hərəsində 30-50 nəfər olmaqla bir-iki bölmədən çox deyil. Türkiyə aviasiyasi manevrlərdə hansı miqyaslarda iştirak edəcək, bu haqda məlumat yoxdur.

Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, HHM vasitələrini, habelə düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Və Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub. Həmin vaxt Azərbaycan HHQ-nin komandanı, general Ramiz Tahirovun rəhbərliyi ilə hərbi heyət Ankarada danışıqlar aparıb. Bir həftə sonra, iyulun 22-də Türkiyənin Milli Təhlükəsizlik Şurası bəyannamə qəbul edərək Ermənistanın illərdir işğal altında saxladığı ərazilərin azad edilməli olduğunu bildirib. Prezident Ərdoğan tərəfindən imzalanmış sənəddə deyilir ki, Türkiyə qardaş Azərbaycan xalqının öz ədalətli mübarizəsində seçdiyi istənilən həll yolunu dəstəkləyəcək.

Qəzet daha sonra yazır ki, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə irimiqyaslı manevrlərinin Ermənistanla mümkün müharibəyə məşq olduğu məlum deyil. Lakin bu təlimlər postsovet dövrünün ən irimiqyaslı təlimləridir və Azərbaycanla Ermənistan arasında münaqişənin qızışdığı bir vaxtda keçirilir.

“Bakıdan və Ankaradan səslənən bəyanatlara əsasən Azərbaycan-Türkiyə qruplaşmasının fəaliyyəti hücum xarakterli olacaq və Ermənistanın, habelə ola bilsin onun müttəfiqlərinin aqressiv davranışlarını cilovlamaq xarakteri daşıyacaq”,-qəzet yazır.

90-cı illərdə Rusiyanın Zaqafqaziyadakı qoşun qruplaşmasının komandan müavini olmuş general-leytenant Yuri Netkaçev qəzetə açıqlamasında deyib ki, Ermənistandakı 102-ci bazanın bölmələrinin daim bu ölkənin ordusu ilə əlaqəli hərəkət etdiyi sirr deyil. İndi isə Rusiya və Ermənistan qüvvələri Kamxud və Alagöz poliqonlarında birgə təlimlər keçirirlər. Bu təlimlər Rusiya ordusunun planlaşdırılan “Qafqaz-2020” təlimlərinə hazırlıq məqsədi daşıyır.

“Əgər Naxçıvan istiqamətindən erməni ordusunun qarnizonlarına və mövqelərinə zərbələr mümkün olacaqsa onlar yəqin ki, Ermənistandakı Rusiya bölmələrini də təhdid edəcək. Ona görə də indi ancaq münaqişə tərəflərinin sağlam düşüncəsinə ümid etmək qalır”,-general deyib.(virtualaz.org)

tv713.az

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr