Təhsil naziri özünə daha bir müşavir təyin etdi

Təhsil 19-avq, 15:219 xebertv 503 0
Təhsil naziri özünə daha bir müşavir təyin etdi


Təhsil naziri Emin Əmrullayev daha bir müşavir təyinatı ilə bağlı əmr imzalayıb.

Nazirin əmri ilə bu vəzifəyə Rüstəm Ağayev təyin olunub.

Bununla da, E.Əmrullayevin müşavirlərinin sayı artıb.

Daha əvvəl Simuzər Feyzullayeva da Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ağayev 2003-cü ildə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasında Pediatriya ixtisası üzrə təhsil alıb, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. O, 2017-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində Təlimə Dəstək Mərkəzinin direktor müavini, 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin müşaviri, 10 iyul 2020-ci il tarixindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifələrində çalışıb.(report.az)

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr